
Əliyar Ağayevin idarə etdiyi oyunda Mahirin komandası qalib gəldi
Azərbaycanlı hakim Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib.
Komanda.az xəbər verir ki, FİFA referisi Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Dinamo” (Zaqreb) – PAOK matçında ədaləti qoruyub. Qarşılaşma Mahir Emrelinin komandası olan Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağayev bu görüşdə 6 sarı vərəqə göstərib. O, hər komandanı 3 dəfə cəzalandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin