Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
Komanda.az “parapolitika.gr”-a istinadən xəbər verir ki, Ağayev fevralın 11-də keçiriləcək 22-ci turun PAOK – AEK matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Yerli referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Digər FİFA referisi Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimi olacaq. Oyun saat 22:00-da başlayacaq.
PAOK Super Liqada 50 xalla liderdir. İki xal az toplayan AEK ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin