Əliyar Ağayev Terimin komandasının oyununu idarə edəcək
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Ağayev aprelin 28-də keçiriləcək “Panatinaikos” – “Aris” matçını idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək edəcəklər. Digər FİFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.
Oyun saat 21:30-da başlayacaq. “Panatinaikos”a türkiyəli mütəxəssis Fatih Terim rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin