Əliyar Ağayev liderlərin oyununu idarə edib
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasısında daha bir oyunu idarə edib.
Komanda.az xəbər verir ki, o, lider PAOK-la AEK-in üz-üzə gəldiyi matçın baş hakim olub.
1:1 hesabı ilə başa çatan 22-ci turun oyununda Əliyar Ağayevə Zeynal Zeynalov, Akif Əmirəli və Elçin Məsiyev kömək edib. Ağayev PAOK-dan 2, AEK-dən isə 3 futbolçuya sarı vərəqə göstərib.
Bu heç-heçədən sonra PAOK 51 xalla liderliyini qoruyub. AEK isə 49 xalla 3-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin