Əliyar Ağayev “Fiorentina”nın oyununu idarə edəcək 

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə UEFA-dan növbəti təyinat gəlib. 

Komanda.az xəbər verir ki, Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” komandaları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq. 

Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin, dördüncü hakim Kamal Umudlu köməklik edəcək. 

Oyun avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək və saat 22:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button