Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək oyun saat 00:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin