Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada yerli “Panevejis” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.

Avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button