Əliyar Ağayev Almaniya klubunun oyununa təyinat alıb
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Komanda.az xəbər verir ki, Ağayev Serbiyada yerli “Baçka Topola” və Almaniyanın “Frayburq” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununu idarə edəcək.
Oktyabrın 26-da keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin