Əliyar Ağayev AÇ-2024-ün oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Komanda.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.

36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Noyabrın 17-də Helsinkidə keçiriləcək Finlandiya – Şimali İrlandiya görüşü saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button