Əliyar Ağayevə türkiyəli hakimlər kömək edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turundakı “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasına türkiyəli ədalət təmsilçiləri də təyinat alıblar.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun VAR hakimləri Alper Ulusoy və Abdulkadir Bitigen olacaq.

Ağayevə laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oktyabrın 26-da reallaşacaq görüş saat 20:45-də başlayacaq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button