
“Əlimdən gələni edəcəm ki, mümkün qədər tez qayıdım”
“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold zədəsi ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, ingiltərəli futbolçu sosial şəbəkə hesabındakı paylaşımında mümkün qədər tez qayıtması üçün əlindən gələni edəcəyini bildirib:
“Tezliklə görüşərik. Əlimdən gələni edəcəm ki, mümkün qədər tez qayıdım”.
Trent UEFA Çempionlar Liqasının ilk turunda “Marsel”lə qarşılaşmada bud nahiyəsindən zədələnib. “Santyaqo Bernabeu”da baş tutan matçda “kral klubu” 2:1 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



