“Əlimdən gələni edəcəm” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel 2023/24 mövsümünün sonunda klubdan ayrılacağını şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis mümkün olan hər şeyi edəcəyini bildirib:

“Biz razılaşdıq ki, bu mövsümün sonunda iş əlaqələrimizi bitirək. Əlimdən gələni edəcəm. O ana qədər, əlbəttə ki, maksimum uğur əldə etmək üçün məşqçilər korpusumla birlikdə mümkün olan hər şeyi etməyə davam edəcəm”.

50 yaşlı mütəxəssis 2023-cü ilin martında Münhen komandasının “sükanı arxasına” keçib. Komanda hazırda 22 oyundan sonra 50 xalla Bundesliqanın turnir cədvəlində ikinci yerdədir. “Bayern” lider “Bayer”dən (Leverkuzen) 8 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button