Eldəniz Əzizli: “Son vaxtlar yarımfinal sindromu yaşayıram”

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Eldəniz Əzizli (55 kq) bürünc medal qazandı.

Komanda.az xəbər verir ki, 29 yaşlı güləşçimiz ardıcıl üçüncü DÇ-də fəxri kürsüyə qalxdı.

2018-ci ildə Macarıstanda dünya çempionu olan yunan-Roma güləşçimiz bir il sonra Qazaxıstanda 3-cü yeri tutmuşdu. Ümumilikdə AÇ və DÇ-lərdə qazandığı medalların sayını 8-ə çatdıran Əzizli bu mənada klassik güləşdə yeni rekorda imza atdı.

Eldəniz Oslodakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib:

“Yarış yaxşı keçdi. Yarımfinalda bəzi səhvlərə yol verdim. Bundan başqa, hakim səhvləri də sözünü dedi. İki epizodda isə rəqibin arxasına keçib fənd etməyə imkan vermədilər. Ancaq rəqib də zəif deyildi. Təsadüfi deyil ki, Yaponiya güləşçisi dünya çempionu oldu. Ümumi götürsək, medalsız qalmadığım üçün şadam. 2018-ci ildən başlayan AÇ və DÇ-lərdə medal qazanmaq ənənəsini davam etdirdim.

Dünya çempionu olandan sonra uduzmaq istəmirsən. Çünki qızıl qazanan idmançı sonradan gümüş və ya bürünc əldə edəndə bunu bir çoxları uğursuzluq kimi qələmə verir. Halbuki əslində belə deyil. O fikirlə razıyam ki, son vaxtlar yarımfinal sindromu yaşayıram. Məsuliyyət hissinin böyük olması mənə rahat güləşməyə imkan vermir. Yarımfinalda güləşəndə bir az sıxılıram. Çalışacağam ki, bundan sonra bu mərhələyə psixoloji cəhətdən özümü tam hazır edim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button