
Elçin Səmədliyə UEFA-dan təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin C qrupunun oyunlarında iştirak edəcək.
C qrupunun matçları 11-14 mayda Litvada gerçəkləşəcək. Bu qrupda yerli komanda ilə yanaşı, Bosniya və Herseqovina, Sloveniya və Qazaxıstan da mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin