Elçin Məsiyev Konfrans Liqasının oyununa təyinat alıb
FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununa təyinat alıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaq.
Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin