
Əlcəzairdə futbol çempionatları dayandırıldı
Əlcəzairdə futbol çempionatı Qəzzada baş verən hadisələrə görə dayandırılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə heç bir liqada oyunlar keçirilməyəcək.
Əlcəzair Futbol Federasiyası məsələ ilə bağlı bəyanat da yayıb:
“Əlcəzair Futbol Federasiyası güclü və qardaş Fələstin xalqına həmrəylik, Qəzza zolağında Fələstin xalqına qarşı təcavüz nəticəsində şəhidlərin ruhuna hörmət əlaməti olaraq, növbəti xəbərdarlığa qədər bütün futbol turnirlərini dayandırır”.
Oktyabrın 7-də HƏMAS terror qruplaşması İsrailə hücum edib. Oktyabrın 8-də Fələstin tərəfinin raket atəşinə cavab olaraq Qəzza zolağında İsrail müdafiə qüvvələrinin hərbi əməliyyatı başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin