Əlcəzair mətbuatı: “Qarabağ” Benzia ilə yeni müqavilə bağlaya bilər

Əlcəzair mətbuatı “Qarabağ”ın futbolçusu Yassin Benzianın klubla əməkdaşlığın müddətinin mümkün uzadılmasl haqda yazıb. 

Komanda.az xəbər verir ki, “Fennec Football” Benzianın “Qarabağ”la razılığa gəlmək perspektivini real qiymətləndirir:

“Müqavilə müddətinin mümkün uzadılması avrokubok oyunları öncəsi əsas heyətini saxlamaq istəyən Azərbaycan klubunun güclü siqnalı kimi qiymətləndirilir. Benziaya gəlincə, o, əvvəlki Avropa təcrübəsində nail olmaqda çətinlik çəkdiyi səviyyə və sabitliyi tapdığı bir mühitdə davamlılıq istəyini nümayiş etdirəcək. Vəziyyət son anda dəyişməsə, yaxın günlərdə yeni müqavilə ilə bağlı rəsmi razılıq əldə oluna bilər. Bu, DÇ-2026-nın seçmə mərhələsi öncəsi millinin baş məşqçisi Vladimir Petkoviçin də planlarına daxil olan əlcəzairli futbolçu üçün əla xəbər olardı”.

Benzia bu mövsüm bütün turnirlərdə 10 qol və 10 ötürmə ilə yadda qalıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button