“Əlbəttə ki, yenidən işə qayıtmaq istərdim” – Zidan
“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan İtaliya çempionatında mümkün işləmək barədə sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı fransalı mütəxəssis “Yuventus”un və İtaliya yığmasının sabiq baş məşqçisi Marçelo Lippi haqqında çəkilən sənədli filmin təqdimatına qatılıb. Orada ondan A Seriyasında mümkün bir iş haqqında soruşulub:
“Niyə də olmasın? Hər şey ola bilər. İndi mən başqa işlərlə məşğulam, amma görəcəyik. Əlbəttə ki, yenidən işə qayıtmaq istərdim”.
Zidan 2021-ci ilin yayından, məşqçilik karyerasında ikinci dəfə “Real”dan ayrıldıqdan sonra işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin