“Əlavə vaxta da hazır idik” – Elmar Baxşıyev

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İmişli” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Qəza keçirən PFL əməkdaşlarına Allahdan şəfa diləyirik. Tezliklə işlərinə qayıtmasını arzulayırıq. Maraqlı oyun alındı. Üstünlük bizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komanda əzmini göstərdi, son dəqiqələrədək istəyindən əl çəkmədi və istədiyi qolu vurdu. Birinci liqa klubları ilə görüşlərdə üstün oynasan da, meydanda mübarizə gedir. Çünki onlar da istəklidirlər, çox sayla müdafiə olunurlar. Bu tip oyunlarda yaratdığın hər epizodu dəyərləndirməlisən. Bunu etmədikcə rəqib daha özünə güvənli oynayır. Düşünürəm ki, üstünlüyümüz var idi. Matçın belə çətin keçməsinə səbəb yaratdığımız epizodları dəyərləndirməməyimiz idi. Əlavə vaxta da hazır idik. Bütün dünyada 1-ci liqa komandaları da yüksək dəstə klublarına qalib gəlir. “İmişli”ni təbrik edirəm. Yaxşı, mübariz komandadır. Onlara uğurlar arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button