“Əlavə dəqiqələr Lukaku üçün yaxşı oldu” – Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo hücumçu Romelu Lukakunun “Şerif”lə oyundakı çıxışından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, belçikalı futbolçunun çıxışını yüksək qiymətləndirib:
“Belə bir döyüş formasını gözləyirdizmi? Mən gözləyirdim. Fiziki quruluşuna görə, o, hərəkətli olan oyunçulardan biridir. Onu əvəz etməyi düşünürdüm, lakin artıq dörd dəyişiklik etdiyimi nəzərə alsaq, futbolçularımdan birinə nəsə ola biləcəyindən qorxdum. Buna görə də, Lukakunun əvəzinə yalnız son 15 dəqiqədə Andrea Belottini meydana çıxardım. Əlavə dəqiqələr Lukaku üçün yaxşı oldu”.
“Roma” sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Şerif”i məğlub edib. Moldovada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. Qələbə qolunu 65-ci dəqiqədə Lukaku vurub.
Bizi Facebook-da izləyin