“Bəxtim gətirib ki, əla qapıçılar olan həmkarlarım var” – Kasilyas
İspaniya yığmasının və “Real”ın sabiq qapıçısı İker Kasilyas Manuel Noyerin Almaniya millisindəki karyerasını başa vurmasına münasibət bildirib.
Komanda.az xəbər verir ki, ispaniyalı sabiq qolkiper sosial şəbəkə hesabında əla qapıçı həmkarlarının olduğuna görə bəxtinin gətirdiyini söyləyib:
“Bəxtim gətirib ki, əla qapıçılar olan həmkarlarım var. Noyer onlardan ən son ayrılandır. Canluici Buffona, Petr Çexə və Manuel Noyerə hər şey üçün təşəkkür edirəm”.
Noyer 2009-cu ildən Almaniya millisinin rənglərini qoruyurdu. O, ümumilikdə, milli komanda ilə 124 oyun keçirib və 118 qol buraxıb.
38 yaşlı qapıçı üçün millidə son oyun AÇ-2024-də İspaniyaya qarşı 1/4 final matçı (1:2) olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin