PSJ-nin prezidenti “Borussiya”ya məğlubiyyətdən sonra futbolçularla danışmayıb
PSJ-nin prezidenti Nasser Əl-Xələfi Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilk yarımfinal matçında məğlubiyyətdən sonra futbolçularla söhbət etməmək qərarına gəlib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Əl-Xələfi uğursuz matçdan sonra komandanın paltardəyişmə otağında çıxış etməmək qərarına gəlib. Klub rəhbəri hesab edir ki, komanda artıq öz bacarığına arxayındır və cavab oyununda qələbə qazanmaq əzmindədir.
Çərşənbə günü PSJ Dortmundda “Borussiya” ilə ilk oyunda minimal hesabla məğlub olub. Cavab oyunu mayın 7-də Parisdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin