
Feliks Ronaldonun klubuna keçə bilər
“Çelsi”nin hücumçusu Joao Feliks “Əl-Nəsr”ə keçə bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı klubu “Çelsi” ilə anlaşmağa yaxındır. Portuqaliyalı futbolçunun transferi təxminən 44 milyon funt sterlinqə başa gələcək.
Daha əvvəl Feliksin “Benfika”ya qayıtmağa razı olduğu bildirilib.
25 yaşlı forvard son mövsümün ikinci yarısında “Milan”da icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin