“Əl-Nəsr” ondan əl çəkmir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Bayern”in vingeri Kinqsli Komanı transfer etmək cəhdlərini davam etdirir.

Münhen təmsilçisi ilk mərhələdə 22 milyon avroluq təklifi rədd etsə də, danışıqlar dayandırılmayıb.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, “Əl-Nəsr” məbləği 25 milyon avroya (bonuslar istisna olmaqla) qaldırıb. “Bayern” isə hələlik cavab verməyib.

29 yaşlı oyunçu artıq “Ər-Riyad”ın təklif etdiyi müqavilə şərtlərini qəbul edib.

Fransalı futbolçu son mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edib, 9 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button