
Ronaldo “Real”ın keçmiş futbolçusunu “Əl-Nəsr”ə aparmaq istəyir
İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Fernando Yerro Səudiyyə Ərəbistanında işləyə bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin “Əl-Nəsr”in idman direktoru olmaq ehtimalı var.
Yerroya dəvətin təşəbbüskarı komandanın əsas futbolçusu Kriştiano Ronaldodur. 39 yaşlı portuqaliyalı futbolçu Yerronun “Əl-Nəsr”i yüksək səviyyəyə çıxara biləcəyinə inanır. Hazırda Yerro “Qvadalahara”da eyni vəzifədə çalışır.
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 26 turundan sonra 62 xal toplayıb. Komanda lider “Əl-Hilal”dan 12 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin