“Əl-Nəsr”in baş məşqçi postuna əsas namizəd odur

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu İtaliya yığmasının sabiq baş məşqçisi Luçano Spallettini komandaya dəvət etmək niyyətindədir.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın hazırkı baş məşqçisi Stefano Piolinin əsas “varis”i kimi ilk sırada yer alır. Piolinin isə yaxın günlərdə “Fiorentina”ya keçidi gözlənilir.

“Əl-Nəsr”in Spallettiyə rəsmi təklifi yaxın saatlarda göndərməsi ehtimal olunur. Klub ona Piolinin aldığı illik 12 milyon avrodan daha yüksək maaş təklif etməyə hazırdır. Hazırda ən böyük sual onun bu təklifə razılıq verib-verməyəcəyi ilə bağlıdır. Spalletti həmçinin, İtaliya və ya Avropa klublarından gələcək digər təklifləri gözləyə bilər. Bununla belə, “Əl-Nəsr” maliyyə baxımından mümkün olan hər şeyi etməyə hazırdır.

66 yaşlı çalışdırıcı 2023-cü ilin yayından bəri işlədiyi İtaliya yığmasından ayrıldığını rəsmi şəkildə açıqlayıb. Komanda onun rəhbərliyi altında son oyunda Norveç millisinə 0:3 hesabı ilə məğlub olaraq, 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğursuzluqla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button