
“Əl-Nəsr”dən “Fənərbaxça”ya
“Fənərbaxça” “Əl-Nəsr”in futbolçusu Con Duranın keçidini reallaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 21 yaşlı hücumçunu 1 illik icarə əsasında transfer edib. Razılaşmaya əsasən, kolumbiyalı oyunçunun maaşını bu müddət ərzində “Fənərbaxça” ödəyəcək.
Con Duran bu ilin əvvəlində “Aston Villa”dan Səudiyyə klubuna transfer olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



