“Əl-Nəsr” “Mançester Yunayted”in müdafiəçisinə təklif göndərib
“Əl-Nəsr” “Mançester Yunayted”in müdafiəçisi Rafael Varanı heyətinə qatmağı planlaşdırır.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi artıq 30 yaşlı futbolçuya müqavilə təklif edib. Transfer reallaşacağı halda Varan illik 50 milyon funt-sterlinq qazanacaq.
30 yaşlı Varan bu mövsüm “Mançester Yunayted”in əsas heyətində kifayət qədər oyun şansı qazanmır. Üstəlik, klub müdafiəçinin müqaviləsini bir mövsümlük uzatmaq variantını aktivləşdirməkdən imtina edib.
Varan bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 21 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin