
Səudiyyə Ərəbistanı klubu Çalhanoğlu ilə maraqlanır
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Əl-Nəsr”in diqqətini çəkib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun nümayəndələri futbolçunun ətrafı ilə əlaqə saxlayıb.
Daha əvvəl iyulda yarımmüdafiəçinin Türkiyə çempionatına mümkün keçidi haqda danışıqlar gedib, lakin sonradan oyunçunun özü “İnter”də qalmağı planlaşdırdığını bildirib.
Çalhanoğlunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin