“Əl-Nəsr”dən Ronaldoya dəstək

“Əl-Nəsr” hücumçusu Kriştiano Ronaldoya Avropa çempionatındakı çıxışına görə dəstək olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu sosial şəbəkədə Ronaldonun ağlamasına belə münasibət bildirib:

“Nə olursa olsun! Sən əbədi olaraq KEÇİ olacaqsan”.

Sloveniya yığması ilə matçda əlavə vaxtda penaltini qaçıran 39 yaşlı hücumçu göz yaşlarına boğulub və komandanın demək olar ki, bütün futbolçuları ona dəstək olub.

AÇ-2024-ün 1/4 finalında Portuqaliya millisi Fransa yığması ilə qarşılaşacaq. Oyun iyulun 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button