
“Əl-Nəsr” fransalı futbolçuya yüksək məvacibli müqavilə təklif edib
“Bayern”in vingeri Kinqsli Koman Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçuya yüksək məvacibli üç illik müqavilə təklif olunub.
“Əl-Nəsr” rəhbərliyi inanır ki, yüksək maaş fransalı futbolçuya qərar verməkdə təsir edəcək.
Koman 2015-ci ildən “Bayern”in formasını geyinir. O, son mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edib, 9 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin