
“El klasiko” öncəsi “Real”ı sevindirən xəbər
“Real”ın müdafiəçisi Din Heysen zədəsini sağaldaraq komandaya qayıdıb.
Komanda.az xəbər verir ki, 20 yaşlı futbolçu zədə səbəbindən “Yuventus” və “Xetafe” ilə görüşləri buraxmışdı, ancaq “Diario AS”-ın məlumatına görə, o, artıq tam hazırdır və bazar günü keçiriləcək “el klasiko”da meydana çıxa bilər.
“Real” və “Barselona” arasındakı qarşılaşma La Liqanın 10-cu turu çərçivəsində, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Xabi Alonsonun komandası 24 xalla turnir cədvəlinə başçılıq edir, “Barselona” isə 22 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



