“El klasiko”nun Varana “hədiyyə”si FOTO

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona” “Real”ı səfərdə 3:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, qarşılaşmadan sonra “Real”ın müdafiəçisi Rafael Varan, sosial şəbəkə hesabında zədələnmiş ayağının şəklini paylaşıb.

Varan qarşılaşmanın 69-cu dəqiqəsində öz qapısına qol vurub. Fransız futbolçunun da həmin epizodda zədələndiyi ehtimal olunur.

İspaniya kubokunun yarımfinal mərhələsində öz meydanında “Real”la 1:1 hesablı heç-heçə edən “Barselona”, səfərdə rəqibini 3:0 hesabıyla məğlub edərək, finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button