
“El klasiko”nu səbirsizliklə gözləyir
“Barselona”nın müdafiəçisi Jul Kunde İspaniya La Liqasının 26-cı turunun “Real”la oyunundan öncə danışıb.
Komanda.az “Barca TV”-yə istinadən xəbər verir ki, o, derbini səbirsizliklə gözlədiyini bildirib:
“Həqiqətən də, “el klasiko”nu səbirsizliklə gözləyirəm. Belə matçda oynamaq hər zaman xüsusidir. Növbəti oyun daha xüsusi olacaq. Çünki biz evdə oynayacağıq. Ovqatımız yaxşıdır”.
“Barselona” – “Real” qarşılaşması martın 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin