“El klasiko”da iştirak etməyəcək futbolçular

Bu gün İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona” “Real”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, hər iki komanda “el-klasiko”ya itkilərlə çıxacaq.

“Barselona” müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçilər Pedri, Frenki de Yonq və cinah oyunçusu Osman Dembeledən “el-klasiko”da yararlana bilməyəcək. Onların hamısı oyunöncəsi məşqi buraxıblar.

“Real”dan isə yalnız müdafiəçi Ferlan Mendi meydana çıxa bilməyəcək.

“Kamp Nou”da keçiriləcək oyun saat 23:00-da başlayacaq. İlk oyun kataloniyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button