“El-klasiko”da gərginlik: “Sən pissən!”
“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Real”ı məğlub edib (1:0).
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bu matçda Kataloniya təmsilçisinin baş məşqçisi Xavi və “kral klubu”nun müdafiəçisi Daniel Karvahal mübahisə edib.
Gərginliyin yaranmasına səbəb Karvahalla “Barsa”nın futbolçusu Alexandro Baldenin toqquşması olub. İspaniyalı mütəxəssis həmin epizoddan sonra “Real”ın oyunçusuna “Sən pissən!” deyib.
“Barselona” – “Real” cütünün cavab qarşılaşması aprelin 5-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin