
Ərəblər Bruno Fernandesi transfer edə bilməsələr…
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin transferi baş tutmasa, alternativ variantı müəyyənləşdirib.
Komanda.az “İttihad Core”-yə istinadən xəbər verir ki, klub “Brayton”da çıxış edən kamerunlu yarımmüdafiəçi Karlos Balebanı hədəfə alıb.
Bu arada, Balebanın “Mançester Yunayted”ə keçməsinə icazə verilməmişdi. O, cari mövsümdə bütün turnirlərdə 3 oyunda iştirak edib. 21 yaşlı futbolçunun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



