Konseysao Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi ola bilər

“Milan” və “Portu”nun sabiq çalışdırıcısı Serjio Konseysao yaxın günlərdə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin oluna bilər.

Komanda.az xəbər verir ki bu barədə “Foot Mercato” məlumat yayıb.

Ciddə təmsilçisi qısa müddət əvvəl fransalı mütəxəssis Loran Blanı istefaya göndərib. Klub onunla yollarını ayırdıqdan sonra rəhbərlik yeni namizədlərlə danışıqlar aparıb.

“Əl-İttihad” rəhbərliyi həmçinin, Luçano Spalletti və Rocer Şmidtlə də təmasda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button