“Əl-İttihad” braziliyalı futbolçu üçün 120 milyon avro ödəməyə hazırdır

“Nyukasl”ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimarayeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Braziliyalı futbolçunun transferində “Əl-İttihad” maraqlıdır. Səudiyyə Ərəbistanı təmsilçisi Gimarayeşi yay transfer pəncərəsində əsas hədəf kimi müəyyən edib və onun keçidi üçün 120 milyon avro ödəməyə hazırdır.

27 yaşlı oyunçu cari mövsümdə “Nyukasl”ın heyətində 46 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “sağsağanlar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button