“Əl-İttihad” baş məşqçisi ilə yollarını ayırıb
Baş məşqçi Nuno Espirito Santo Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu tərk edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub son mərhələni hərtərəfli qiymətləndirdikdən sonra portuqaliyalı mütəxəssislə müqaviləyə xitam verdiyini elan edib:
“Nuno Espirito Santoya qarşıdakı dövrdə ən yaxşısını diləyirik”.
Komandanın növbəti oyun üçün hazırlığına köməkçi məşqçi Həsən Xəlifə rəhbərlik edəcək.
49 yaşlı çalışdırıcı 2022-ci ilin iyulunda “Əl-İttihad”ın “sükanı arxasına” gəlmişdi. Komanda ilə o, Səudiyyə Ərəbistanı çempionu (2022/2023) və ölkə superkubokunun qalibi (2023) olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin