
Linqard Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib
İngiltərəli yarımmüdafiəçi Cessi Linqard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-İttifaq” 30 yaşlı futbolçu ilə 2024-cü ilin yanvarında müqavilə imzalayacaq.
Linqard 2022/23 mövsümündə “Nottingem Forest”də çıxış edib, 20 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin