O olmasın, bu olsun

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Atalanta”nın 25 yaşlı yarımmüdafiəçisi Edersonun transferində maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in oyunçusu Bruno Fernandes “Əl-Hilal”ın təklifini rədd etdikdən sonra klub rəhbərliyi braziliyalı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Rəsmi təklifin yaxın günlərdə göndərilməsi gözlənilir.

Ederson 2024/25 mövsümündə “Atalanta”nın heyətində bütün turnirlərdə 49 matçda iştirak edib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button