“Əl-Hilal”ın baş məşqçisindən zədəli Neymarla bağlı açıqlama
“Əl-Hilal”ın forvardı Neymar mövsümöncəsi toplanış başlayana kimi sağalmayacaq.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Jorje Jesus danışıb. O, “Neymar mövsümöncəsi toplanış üçün hazır olmayacaq” deyib.
Braziliyalı hücumçu ötən ilin payızından meydana çıxmır. O, çarpaz bağlarının və meniskinin zədəsini sağaldır.
Neymar 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Hücumçu bu mövsüm Səudiyyə Ərəbistanı komandası ilə cəmi 5 görüşdə iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin