“Əl-Hilal”dan yeni dünya rekordu

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ardıcıl 28-ci matçda qalib gələrək, ən uzun qələbə seriyasına görə yeni dünya rekorduna imza atıb.

Komanda.az xəbər verir ki, Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Əl-Hilal” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna 2:0 hesabı ilə qalib gəlib.

İlk görüş də 2:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb.

“Əl-Hilal” 2016/17 mövsümündə ardıcıl 27 rəsmi oyunda qalib gələn “Nyu Seynts”in (Uels) nailiyyətini geridə qoyub.

“Əl-Hilal” Asiya Çempionlar Liqasının yarımfinalında BƏƏ-nin “Əl-Əyn” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button