
“Əl-Hilal” baş məşqçisi ilə vidalaşıb
Portuqaliyalı baş məşqçi Jorje Jezus Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Klub rəhbərliyi 70 yaşlı mütəxəssislə yolları ayırmaq qərarını Asiya Çempionlar Liqasındakı uğursuzluqdan sonra verib. “Əl-Hilal” yarımfinal mərhələsində “Əl-Əhli”yə 1:3 hesabı ilə məğlub olaraq, turnirdən kənarlaşdırılıb.
“Əl-Hilal” Jezusun rəhbərliyi altında ötən mövsüm həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də kral kubokunu qazanıb. Cari mövsümdə isə komanda ölkə çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



