Səudiyyə Ərəbistanı klubu “sükan”ı portuqaliyalı məşqçiyə tapşırmaq istəyir

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hazırda İngiltərə təmsilçisi “Nottingem Forest”i çalışdıran baş məşqçi Nuno Epirito Santunun xidmətində maraqlıdır.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına rəhbərlik edib.

51 yaşlı Santu 2023-cü ildən “Nottingem Forest”i çalışdırır. Onun komandası hazırda İngiltərə Premyer Liqasında 37 turdan sonra 65 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

“Əl-Hilal” Səudiyyə Ərəbistanı Pro Liqasında mövsümün bitməsinə bir tur qalmış 2-ci yeri təmin edib. Komanda lider “Əl-İttihad”dan 8 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button