
Səudiyyə Ərəbistanı klubu “Fulhem”in baş məşqçisi ilə danışıq aparır
“Fulhem”in baş məşqçisi Marko Silva Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan təklif alıb. Mayın əvvəlində komandanın baş məşqçisi postunu tərk edən Jorje Jezuşu başqa bir portuqaliyalı mütəxəssis əvəz edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq başlanıb.
47 yaşlı mütəxəssisin “Fulhem”lə müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir. Bu səbəbdən, “Əl-Hilal”ın İngiltərə təmsilçisi ilə kompensasiya barədə razılığa gəlməsi tələb olunur.
Marko Silva 2021-ci ilin yayından “Fulhem”ə rəhbərlik edir. Onun komandası İngiltərə Premyer Liqasının 35 turundan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



