
Ərəblər Osimhen üçün danışıqlara başlayıb
“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” nigeriyalı futbolçunun mümkün transferi ilə bağlı danışıqlara başlayıb.
Osimhenin müqaviləsində 75 milyon avroluq sərbəst qalma müavinəti ilə bağlı bənd var. Onun neapollularla sözləşməsi gələn ilin yayında başa çatacaq.
26 yaşlı forvard bu mövsüm “Qalatasaray”ın heyətində 36 oyun keçirib, 31 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



