Ərəblər Osimhenlə növbəti dəfə əlaqə saxlayıblar

“Napoli”nin hücumçusu Viktor Osimhenin transferi uğrunda “Əl-Hilal”ın səyləri davam edir.

26 yaşlı futbolçu daha əvvəl bir neçə dəfə Səudiyyə Ərəbistanı klubuna “yox” cavabı versə də, transfer əhvalatı hələ də bitməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal”ın nümayəndələri dünən Osimhenlə yenidən əlaqə saxlayıblar. Onlar Klublararası dünya çempionatına qədər heyəti nigeriyalı hücumçu ilə gücləndirmək niyyətindədirlər.

Səudiyyə Ərəbistanı klubu Osimhenə illik 35-40 milyon avro arasında əməkhaqqı təklif edir. Ancaq o, hələ də karyerasını Avropada davam etdirməyə üstünlük verir.

Osimhen son mövsümü icarə əsasında “Qalatasaray”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button