Səudiyyə Ərəbistanı klubu Osimhen üçün danışıqlara başlayıb

“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az “Sabah”-a istinadən xəbər verir ki, “Əl-Hilal” nigeriyalı forvardın xidmətində maraqlıdır və klub nümayəndələri artıq futbolçunun transferi ilə bağlı danışıqlara başlayıblar.

Səudiyyə Ərəbistanı klubu Osimhen üçün 75 milyon avro məbləğində satınalma məbləğini ödəməyə hazırdır. 26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button